İraqda 200-dən çox kütləvi məzarlıq tapılıb

İraqda 200-dən çox kütləvi məzarlıq tapılıb
  06 Noyabr 2018    Oxunub:2429
İraqda İŞİD-in nəzarətində olmuş bölgələrdə 200-dən artıq kütləvi məzarlıq aşkarlanıb.
Azvision.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının idarəsi tərəfindən təqdim edilən hesabatda məlumat yer alıb. Bildirilib ki, İraq hökumətinin məlumatına əsaslanaraq BMT mütəxəssisləri 202 kütləvi məzarlıq qeydə alıblar.

Kütləvi məzarlıqlar daha çox Naynav (95), Kərkük (37), Səlah-ad-din (36) və Anbar (24) əyalətində aşkarlanıb. BMT-nin hesabatına görə, bu məzarlıqlarda 6000-dən 12 000-ə qədər insan basdırılıb. Onların çoxu qadın, uşaq, qoca və İraqın hərbi və polis əməkdaşlarıdır. Hazırda 23 məzarlıqdan 1258 meyit aşkar edilib.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: İraq   İŞİD  





Xəbər lenti