Qarabağda erməni əsgər özünü öldürüb - Yenilənib

Qarabağda erməni əsgər özünü öldürüb -  Yenilənib
  06 Noyabr 2018    Oxunub:4428
Bu gün Qarabağda meyiti tapılan 18 yaşlı erməni əsgər Aristakes Azatyanın “AK-74” tipli avtomatdan özünə atəş açaraq intihar etdiyi məlum olub.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, əsgər hərbi hissənin yaxınlığındakı dəmiryolunun yanında özünü güllələyib.
İntiharın səbəblərini araşdırmaq üçün cinayət işi açılıb.

*****
Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Dağlıq Qarabağ bölgəsində düşmən tərəfindən qanun yerləşdirilmiş hərbi hissələrdən birində erməni əsgərin meyiti tapılıb.

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, ölən əsgər 2000-ci il təvəllüdlü Aristakes Azatyandır.

Onun naməlum şəraitdə aldığı güllə yarasından öldüyü bildirilir. Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   DağlıqQarabağ   Azərbaycan  





Xəbər lenti