Sürüşmə zonalarının xəritəsi hazırlanır

Sürüşmə zonalarının xəritəsi hazırlanır
  30 Oktyabr 2013    Oxunub:2043
Azərbaycanda sürüşmə zonalarının xəritəsi hazırlanır.
Azərbaycanda sürüşmə zonalarının xəritəsi hazırlanır. AzVision.az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini Abid Şərifov bildirib.

Onun sözlərinə görə, xəritənin hazırlanması ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məşğul olur: "Xəritədə bütün sürüşmə zonaları və tikinti üçün təhlükəli ərazilər öz əksini tapacaq".

Sürüşmələrin səbəblərindən danışan A.Şərifov bildirib ki, hazırda baş verən əksər sürüşmələr insan amili ilə bağlıdır: "Ağsu aşırımında fəaliyyət göstərən kafe və restoranların kanalizasitya sistemi mövcud deyil, quyulara axıdılan su da təmizlənmədən torpağa gedir və bu da sürüşməyə səbəb olur. Eyni problem Bakıdakı sürüşmə zonalarında da müşahidə olunur. İnsanlar özləri başa düşməlidirlər ki, torpağa axıdılan sular onların evləri üçün təhlükə yaradır".

Qeyd edək ki, sürü.mə üçün hazırda ən çox təhlükə zonalarına Bakıdakı sürüşmə sahələri, Şamaxının Muğanlı kəndi, Muğanlı-İsmayıllı şosesi, Ağsu aşırımı, Lənkəran-Lerik yolu, Bakı-Rusiya yolunun Siyəzən, Şabran rayonu ərazisindən keçən hissəsi (Vəlvələ çaya kimi) daxildir.


Teqlər:





Xəbər lenti