"Real" 6 oyundan sonra qələbə qazandı

"Real" 6 oyundan sonra qələbə qazandı
  04 Noyabr 2018    Oxunub:6193
"Real Madrid" klubu İspaniya La Liqasında növbəti oyununu keçirib.
Azvision.az xəbər verir ki, son günlər uğursuz çıxışları ilə tənqidlərə məruz qalan Madrid komandası 11-ci turda "Valyadolid"lə qarşılaşıb.

Görüşdə "Real" 2:0 hesablı qələbə qazanıb. Bununla da, Kral klubunun tərəfdarları 6 oyundan sonra qələbəyə seviniblər.

Qeyd edək ki, La Liqada turnir cədvəlinə 21 xalla "Barselona" başçılıq edir. "Real" isə 17 xalla 6-cıdır.

Azvision.az


Teqlər: Real-Madrid  





Xəbər lenti