Başına 300 min pul qoyulan terrorçu öldürülüb

Başına 300 min pul qoyulan terrorçu öldürülüb
  02 Noyabr 2018    Oxunub:2311
Türkiyədə 300 min lirə mükafatla axtarışa verilən terrorçu məhv edilib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, “Boz” siyahıda axtarışda olan “Baran-Amed-Kino” kod adlı İlyas Karakoç Diyarbəkirin Lice bölgəsində həyata keçirilən əməliyyatda zərərsizləşdirilib.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Terrorçu  





Xəbər lenti