“Ərdoğanla məşq edib, türk dilində danışacağam” - Həbib

 “Ərdoğanla məşq edib, türk dilində danışacağam” -  Həbib
  01 Noyabr 2018    Oxunub:11203
"Türkiyə ilə əlaqələrimi genişləndirmək istəyirəm. Tezliklə türk dilini öyrənəcəyəm. Yenidən Türkiyəyə gedib, Ərdoğanla görüşmək niyyətindəyəm. Ərdoğanla məşq edib, onunla türk dilində danışacağam"
Azvision.az xəbər verir ki, bu barədə rusiyalı döyüşçü, UFC çempionu Həbib Nurməhəmmədov müsahibəsində deyib.

Bu yaxınlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən idmançı maraqlı açıqlamalar verib.



O, iştirak etdiyi yarışlarda türklərin dəstəyini hiss etdiyini, bunun səbəbinin müsəlman olduğunu deyib: "Türk tərəfdarlarıma təşəkkür edirəm. Döyüşlərimi izlədiklərini bilirəm. Türiyədən aldığım dəstəyi Avropa və Amerikada anlamırlar. Bunun səbəbi hamımızın müsəlman olmasıdır".



Həbib, həmçinin irlandiyalı idmançı Konor Makqreqorla döyüşündən sonra baş verən davaya da aydınlıq gətirib: "Konorla döyüşdən sonra pis bir şey etmədim. Mən qürurumu, dinimi, ailəmi qorudum. Yalnış hərəkət etmədim. Məni cəzalandırmaq istəyirlərsə, döyüşdən əldə etdiyim bütün pulları ala bilərlər. Mənim üçün fərq etməz. Kişi kimi lazım olanı etdim".



Azvision.az


Teqlər: Həbib   Ərdoğan   Türkiyə  





Xəbər lenti