41 yaşlı feldşerin müdhiş cinayəti: Xəstəxanada 100 nəfəri öldürüb (VİDEO)

41 yaşlı feldşerin müdhiş cinayəti:  Xəstəxanada 100 nəfəri öldürüb (VİDEO)
  30 Oktyabr 2018    Oxunub:2929
Almaniyada 100 xəstəni öldürməkdə şübhəli bilinən sabiq feldşer Nils Högel Oldenburq şəhərində məhkəmə qarşısına çıxacaq.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, təhqiqatın versiyasına görə, 41 yaşlı cinayətkar xəstələrə ölümcül dərman dozası vurub, sonradan onları xilas etməklə həmkarları arasında nüfuzunu artırmaq istəyib.

Ehtimal edilir ki, Högel 1999-2005-ci illər ərzində Oldenburqda 36, Delmenhorstda isə 64 nəfəri öldürüb. Almaniyalı prokurorlar Högelin başqa xəstələri öldürdükdən sonra onların meyitlərini yandırmasından şübhələnirlər. Əgər Högelin bütün ölüm hadisələrində günahkar olduğu təsbit olunarsa, Almaniyada II Dünya Müharibəsindən sonra ən böyük silsilə qətllər törədən cinayətkar kimi tarixə düşəcək.



Qeyd edək ki, Nils Högel bir qədər əvvəl ömürlük həbs cəzasına məhkum edilsə də, bəzi yeni faktlar üzə çıxdığı üçün proses yenidən təkrarlanıb. Təhqiqat həyatlarını itirən pasientlərin sayının bundan da çox olduğunu istisna etmir. Bu məqsədlə artıq 130 məzar açılaraq cəsədlər üzərində analizlər aparılıb. Lakin bəzi cəsədlər kremasiya edildiyindən artıq toksikoloji analiz aparmaq mümkün deyil.

Kənan Məmmədov
Azvision.az



Teqlər: Almaniya   Feldşer  





Xəbər lenti