“Hillari Klinton mənim xoşuma gəlir” - Tramp

“Hillari Klinton mənim xoşuma gəlir” -  Tramp
  30 Oktyabr 2018    Oxunub:3403
ABŞ prezidenti Donald Tramp sabiq dövlət katibi Hillari Klintonla yenidən “mübarizə aparmaq” istədiyini bəyan edib.

Azvision.az xəbər verir ki, bu barədə Tramp “Fox News” telekanalına müsahibəsində deyib. Bildirib ki, ABŞ-da keçiriləcək 2020-ci il prezident seçkilərində Klintonla yenidən üzləşmək istəyir.
“O, mənim xoşuma gəlir. Onların hamısı (Demokratlar partiyasından olan namizədlər) mənim xoşuma gəlirlər. Mənim üçün seçkilərdə mübarizə aparmaq istəmədiyim biri yoxdur” – Tramp vurğulayıb.

Bundan əvvəl Hillari Klinton “Recode” agentliyinə müsahibəsində 2020-ci ilin prezident seçkilərində yenidən öz namizədliyini irəli sürə biləcəyini istisna etməmişdi: “Gücüm çatan hər bir şeyi edəcəyəm ki, 2021-ci ildə Ağ Evə demokrat gəlsin”.

Xatırladaq ki, Amerikadakı 2016-cı il prezident seçkilərində Trampla Klinton respublikaçılar və demokratların əsas rəqib namizədləri olublar. Əhalinin səsverməsi nəticəsində Klinton 3 milyona yaxın daha çox səs toplamasına rəğmən, ABŞ-ın seçicilər kollegiyası 304 səslə Trampı prezident seçib. Kollegiyanın 227 səsini alan Klinton isə hələ də məğlubiyyəti həzm edə bilmir. Çünki həmin vaxt yekun nəticələr elan edilənədək amerikalılar, hətta demək olar ki, bütün dünya analitikləri də Klintonun mütləq qələbəsini proqnozlaşdırırdılar.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: ABŞ   AğEV   seçki  





Xəbər lenti