Merkel siyasətdən gedir? - Kanslerliyə namizəd olmayacaq

  Merkel siyasətdən gedir?  - Kanslerliyə namizəd olmayacaq
  29 Oktyabr 2018    Oxunub:3990
Almaniya kansleri, koalisiyadakı “Xristian Demokratlat İttifaqı” partiyasının sədri Angela Merkel 2021-ci ildə ölkənin baş naziri postuna keçiriləcək seçkilərdə namizədliyini irəli sürməyəcək.
Azvision.az xəbər verir ki, Merkel bunu Berlində keçirilən mətbuat konfransında bəyan edib.

“2021-ci ildəki seçkilərdə Almaniya Federativ Respublikasının kanslerliyinə, yaxud da deputatlığa namizəd kimi çıxış etməyəcəm. Həmçinin, digər siyasi vəzifələrə də iddialı olmayacam” - Merkel vurğulayıb.

Almaniya kansleri dekabrda “Xristian Demokratlar İttifaqı” partiyasının sədrliyinə keçiriləcək seçkilərə də namizəd kimi qatılmayacağını bildirib. Merkelin sözlərinə görə, o partiyanın sədri vəzifəsindən hələ bu ilin yayından getmək istəyib.

Azvision.az



Teqlər: Almaniya   Kansler   Merkel  





Xəbər lenti