Tofaş geyim dükanına çırpıldı

Tofaş geyim dükanına çırpıldı
  29 Oktyabr 2013    Oxunub:1463
Bakıda avtomobil geyim dükanına çırpılıb, bir nəfər yaralanıb
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Səbail rayonunda "Tofaş" markalı minik avtomobili yol kənarındakı mağazaya çırpılıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Tofaş" markalı minik avtomobilində olan bir nəfər sərnişin xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.


Teqlər:





Xəbər lenti