Merkel partiya sədrliyindən imtinaya məcbur edildi

Merkel partiya sədrliyindən imtinaya məcbur edildi
  29 Oktyabr 2018    Oxunub:2621
Almaniya kansleri, hökumət koalisiyasındakı “Xristian Demokratlar İttifaqı” partiyasının lideri Angela Merkel partiyadaxili növbəti seçkilərdə sədrliyə namizədliyini verməyəcək.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Merkelin özü partiyanın rəhbər üzvlərinə bildirib. Kanslerin sözlərinə görə, o, partiya sədrinin seçilməsi üçün dekabrda keçiriləcək seçkilərdə öz namizədliyini irəli sürməyəcək.

Merkeli sədrlikdən imtinaya məcbur edən isə, yerli seçkilərdə “Xristian Demokratlar İttifaqı” partiyası və onunla koalisiyada olan sosial-demokratların Hesse ştatında ultra-sağçı “Almaniya üçün alternativ” və “Yaşıllar” partiyalarına uduzmasından sonra mühafizəkarların kanslerə olan təzyiqidir.

Qeyd olunur ki, onsuz da miqrant siyasəti və daxili kəşfiyyat xidməti rəisi ətrafında yaranan qalmaqal alman seçicilərin hakim koalisiyaya etibarını azaldıb. Lakin yerli seçkilər almanların ultra-sağçılara tərəf yönəldiyini bir daha sübut etdiyindən, 18 ildir “Xristian Demokratlar İttifaqı”na sədrlik və 13 ildir kanslerlik edən Merkelə partiyadaxili müxalifətin təzyiqləri də artıb. Merkelin bu açıqlaması isə növbəti kansler seçilmək uğrunda partiyadaxili mübarizəni daha da alovlandırıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Almaniya   Hessen  





Xəbər lenti