Türkiyədə Cümhuriyyət bayramı qeyd edilir

 Türkiyədə Cümhuriyyət bayramı qeyd edilir
  29 Oktyabr 2018    Oxunub:3762
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır.
AzVision.az xəbər verir ki, ölkə müstəqilliyinin əldə olunmasından 95 il ötür.

1918-ci ildə Osmanlı dövləti süqut etdikdən sonra Mustafa Kamal Atatürkün rəhbərliyi ilə istiqlal savaşı aparan Türkiyə 1923-cü ildə müstəqilliyini bəyan edib. Ölkənin ilk prezidenti Mustafa Kamal Atatürk olub.

Bayramla əlaqədar Türkiyənin bütün bölgələrində, Şimali Kipr Türk Cümhuriyyətində və xarici ölkələrdəki təmsilçiliklərdə şənliklər təşkil olunur.

AzVision.az


Teqlər: Türkiyə   Cümhuriyyət   Bayram  





Xəbər lenti