Bakradze məğlub olduğunu etiraf etdi

Bakradze məğlub olduğunu etiraf etdi
  29 Oktyabr 2018    Oxunub:1881
Gürcüstanın müxalif "Avropalı Gürcüstan" partiyasının prezidentliyə namizədi David Bakradze seçkilərdə məğlub olduğunu etiraf edib.
Bakradze keçirdiyi brifinqdə onu dəstəkləyən seçicilərə minnətdarlığını bildirib. O, prezident seçkilərinin ikinci turunun olacağı təqdirdə, "Avropalı Gürcüstan" partiyasının Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadzeni dəstəkləyəcəyini qeyd edib.

"Avropalı Gürcüstan" partiyasının keçirdiyi “exit-poll”un nəticələrinə görə, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze 37%, hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi namizəd Salome Zurabişvili 34%, David Bakradze isə 10% səs əldə edib. (Report)

Azvision.az



Teqlər: Gürcüstan  





Xəbər lenti