Messisiz “Barselona” “Real”ı darmadağın etdi - FOTOLAR

Messisiz “Barselona” “Real”ı darmadağın etdi  -  FOTOLAR
  29 Oktyabr 2018    Oxunub:9890
İspaniya La Liqasında ilin sonuncu "El Klasiko"su keçirilib.

Azvision.az xəbər verir ki, dünyada böyük maraq doğuran oyunda İspaniyanın iki ən güclü klubu - “Barselona” və “Real Madrid” üz-üzə gəlib.
"Nou Kamp" stadionunda baş tutan görüş meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçı stadionda 93 mindən çox azarkeş izləyib.

Qeyd edək ki, "El Klasiko" son 11 ildə ilk dəfə Lionel Messi və Kriştiano Ronaldo olmadan keçirilib. Argentinalı futbolçu zədəli olduğundan oyuna qatılmayıb, portuqaliyalı ulduz isə hazırda “Yuventus”un heyətində çıxış edir.













Azvision.az



Teqlər: Barselona   Real-Madrid  





Xəbər lenti