İstanbulda tarixi zirvə görüşü - FOTOLAR (YENİLƏNİB)

İstanbulda tarixi zirvə görüşü -  FOTOLAR (YENİLƏNİB)
  27 Oktyabr 2018    Oxunub:4646
İstanbulda Rusiya, Türkiyə, Almaniya və Fransa liderlərinin Suriyadakı münaqişə ilə bağlı zirvə görüşü başa çatıb.
Azvision.az xəbər verir ki, görüş bir saat davam edib. Toplantı sultan VI Mehmet Vahiyəddinə məxsus malikanədə keçirilib.

***
İstanbulda Suriya məsələsi ilə bağlı dördtərəfli zirvə görüşü başlayıb.

Azvision.az xəbər verir ki, Almaniya kansleri Angela Merkel, Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron zirvə görüşündə iştirak etmək üçün İstanbula gəliblər.

Sammitdən əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya, Rusiya və Fransa liderləri ilə ikitərəfli görüşlər keçirib.



İstanbul görüşündə Suriyada siyasi nizamlama prosesi, təhlükəsizlik və sabitliyi möhkəmləndirmək istiqamətində gələcək addımlar, qaçqınların geri qayıtması üçün şərait yaradılması və ölkənin sosial-iqtisadi infrastrukturunun bərpası barədə fikir mübadiləsinin aparılması planlaşdırılır.

Zirvə görüşünün yekunlarına dair liderlərin mətbuat üçün bəyanatlarla çıxış etməsi gözlənilir.







Azvision.az


Teqlər: İstanbul  





Xəbər lenti