Elvin Mürsəliyev 1/4 finalda uduzdu

Elvin Mürsəliyev 1/4 finalda uduzdu
  27 Oktyabr 2018    Oxunub:7180
Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.
Azvision.az xəbər verir ki, mundialın 8-ci günündə yunan-Roma güləşi üzrə yığmamızın son 3 üzvü mübarizəyə start verib.

Dünya çempionatının ikiqat bürünc medalçısı Elvin Mürsəliyev yarışa inamlı başlayıb. Təcrübəli güləşçimiz polşalı rəqibinə vaxtından əvvəl qalib gəlib. Mürsəliyev 1/8 finalda ABŞ təmsilçisini də üstələyib. Elvin 1/4 finalda ötən il dünya ikincisi olan Rusiya güləşçisiylə qarşılaşıb və rəqibinə yenilib.

Orxan Nuriyev 4 il əvvəl dünya çempionu olmuş Fransa təmsilçisinə məğlub olub.
Olimpiadanın bürünc medalçısı Sabah Şəriəti ilk mərhələdə ukraynalı həmkarına uduzub.

Azvision.az



Teqlər: Güləş   Dünya-Çempionatı  





Xəbər lenti