Dünya liderləri Türkiyədə - Ərdoğan kritik görüşlərə başladı

Dünya liderləri Türkiyədə  - Ərdoğan kritik görüşlərə başladı
  27 Oktyabr 2018    Oxunub:4203
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün İstanbulda keçiriləcək Suriya zirvəsindən öncə rusiyalı həmkarı Vladimir Putin və Almaniya kansleri Angela Merkellə təkbətək danışıqlar aparıb.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hər iki görüş mediaya qapalı keçirilib.



Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron və BMT-nin Suriya üzrə xüsusi elçisi Steffan de Misturanın da qatılacağı zirvədə İdlib məsələsi və Suriyada siyasi nizamlanma prosesinə yönələn addımlar müzakirə olunacaq. Bu kontekstdə, Suriyanın ərazi bütövlüyünün təmini, bütün etnik azlıqları əhatə edəcək yeni konstitusiyanın işlənməsi, ədalətli seçkilərin keçirilməsinə hazırlıq, suriyalı qaçqınların təhlükəsiz şəraitdə öz doğma yurdlarına geri dönmələri danışıqların predmetini təşkil edəcək.



Sammitin gedişində Ərdoğanın Fərat çayının şərqi də daxil olmaqla Suriyada təhlükəsizlik zonalarının genişləndirilməsi, PYD/YPG, İŞİD terrorçuları ilə fərq qoyulmadan mübarizə aparılmasını dilə gətirəcəyi gözlənilir.

Türkiyə, Rusiya, Fransa və Almaniya liderlərinin İstanbul sammiti ilə ilk dəfədir ki, Suriyada siyasi nizamlanma üzrə Türkiyə-Rusiya-İran üçlüyündən ibarət “Astana formatı” və ABŞ, Böyük Britaniya, Almanya, Fransa, Səudiyyə Ərəbistanı və İordaniyadan ibarət “Kiçik qrup”un təmsilçiləri bir zirvədə toplanırlar.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Suriya   Rusiya   Almaniya   Fransa   BMT   Türkiyə  





Xəbər lenti