ABŞ-ın PUA-sı Rusiya sərhəddində kəşfiyyat apardı

ABŞ-ın PUA-sı Rusiya sərhəddində kəşfiyyat apardı
  27 Oktyabr 2018    Oxunub:3014
ABŞ hərbi hava qüvvələrinə məxsus “RQ-4B Global Hawk” strateji pilotsuz uçuş aparatı (PUA) Rusiya sərhədlərində 11 saatlıq uçuş həyata keçirərək kəşfiyyat məlumatları toplamağa çalışıb.
Azvision.az xəbər verir ki, bu barədə “Plane Radar”dan əldə olunan məlumatda bildirilib.

Qeyd olunub ki, PUA İtaliyanın Siciliya adasındakı Siqonella aviabazasından çıxaraq Litva səmasına çatıb və Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə 5 saatadək kəşfiyyat aparıb. Daha sonra isə PUA Estoniyanın Tartu şəhəri və Fin körfəzi xətti üzrə Rusiyanın Leninqrad və Pskov vilayətlərinin sərhədləri boyunca bir neçə uçuş həyata keçirib. Bazaya geri dönərkən isə yenidən Kalininqrad vilayətinin sərhədləri yaxınlığında uçub.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi dəfələrlə bəyanat verərək, Pentaqonu Rusiya sərhədləri yaxınlığında bu cür aktivliyə son qoymağa çağırıb.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Rusiya   ABŞ   PUA  





Xəbər lenti