Rəsul Çunayev dünya üçüncüsü oldu

Rəsul Çunayev dünya üçüncüsü oldu
  27 Oktyabr 2018    Oxunub:7684
Güləşçimiz Rəsul Çunayev Macarıstanın paytaxtı Budapeştdə keçirilən Dünya Çempionatında bürünc medal qazanıb.
Azvision.az Azərbaycan Güləş Federasiyasına (AGF) istinadən xəbər verir ki, ardıcıl olaraq yapon və iranlı güləşçiləri məğlub edərək Çunayev yarımfinala yüksəlib.

Finalın bir addımlığında ikiqat dünya çempionu olmuş alman güləşçiylə bacarmayan Rəsul bürünc medal görüşünə çıxıb. Rusiyalı rəqiblə gərgin keçən görüşdən qalib ayrılan Çunayev dünya çempionatının bürünc medalını qazanıb.

Azvision.az



Teqlər: Rəsul-Çunayev  





Xəbər lenti