Merkel Ukraynaya rəsmi səfər edəcək

Merkel Ukraynaya rəsmi səfər edəcək
  26 Oktyabr 2018    Oxunub:2224
Almaniya kansleri Angela Merkel noyabrında 1-də Kiyevə rəsmi səfər edərək Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşəcək.
Azvision.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmisi Ulrike Demmer bəyan edib.

Onun sözlərinə görə, görüş zamanı Merkellə Poroşenko Almaniya-Ukrayna ikitərəfli əlaqələrinin hazırkı durumu və gələcək perspektivlərini, həmçinin, Donbassdakı münaqişəni və bununla bağlı Minsk razılaşmalarının yerinə yetirilməsi məsələsini müzakirə edəcəklər.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ukrayna   Almaniya   Donbass  





Xəbər lenti