Rəsul Çunayev uduzdu, Eldəniz Əzizli finalda - Yenilənib

Rəsul Çunayev uduzdu, Eldəniz Əzizli finalda -  Yenilənib
  26 Oktyabr 2018    Oxunub:9008
Avropa çempionu Eldəniz Əzizli yarımfinal mərhələsində Gürcüstan təmsilçisi Nuqzari Tsurtsumiaya qalib gələrək finala yüksəlib.
Dünya çempionu Rəsul Çunayev isə yarımfinalda Almaniya təmsilçisi Frank Steblerə məğlub olub. Güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq.

***
Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatı davam edir.

Azvision.az xəbər verir ki, yarışın 6-cı günündə 4 çəkidə yunan-Roma güləşçilərinin mübarizəsinə start verilib.

Avropa çempionu Eldəniz Əzizli ilk mərhələdə macar rəqibini cəmi 1 dəqiqəyə məğlub edib. Həmyerlimiz çinli rəqibini də ilk hissədə devirib. Möhtəşəm çıxışını davam etdirən Eldəniz yapon güləşçini də vaxtından əvvəl üstələyərək adını yarımfinala yazdırıb.

Taleh Məmmədov təsnifat mərhələsində çətinliklə də olsa, norveçli həmkarını üstələyib. Taleh 1/8 finalda erməni həmkarından da güclü olub. Ancaq Taleh 1/4 finalda gənclərin son dünya çempionatında gümüş medal qazanmış misirli rəqibinə uduzub.

Dünya çempionu Rəsul Çunayev mübarizəyə 1/8 finaldan qoşulub və yapon rəqibinə qalib gəlib. Rəsul 1/4 finalda prinsipial rəqibi olan iranlı güləşçini də üstələyib və yarımfinala yüksəlib.

Rafiq Hüseynov da yarışa 1/8 finaldan başlayıb və bolqar güləşçiylə gərgin keçən görüşdə əzmkar qələbəyə sevinib. Hesabda 0:3 geridə olsa da, yekun nəticə Hüseynovun xeyrinə olub. Amma Rafiq 1/4 finalda iranlı rəqibinə uduzub.
Qeyd edək ki, yarımfinallar Bakı vaxtı ilə 18.45-də başlayacaq.

55 kq
1/2 final - Eldəniz Əzizli - Nuqzari Tsurtsumia (GEO)
1/4 final - Eldəniz Əzizli - Şota Tanokura (JPN) 9:0
1/8 final - Eldəniz Əzizli - Liquo Çao (CHN) 9:0
Təsnifat - Eldəniz Əzizli - Jozef Andrasi (HUN) 9:0

63 kq
1/4 final - Taleh Məmmədov - Həsən Əhməd Məhəmməd (EGY) 0:3
1/8 final - Taleh Məmmədov - Slavik Qalstyan (ARM) 3:1
Təsnifat - Taleh Məmmədov - Stiq-Andre Berqe (NOR) 2:1

72 kq
1/2 final - Rəsul Çunayev - Frank Stebler (GER)
1/4 final - Rəsul Çunayev - Məhəmmədəli Abdulhəmid Gerayi 6:4
1/8 final - Rəsul Çunayev - Tomohiro İnoe (JPN) 3:1

82 kq
1/4 final - Rafiq Hüseynov - Səid Murad Abdvali (0:3)
1/8 final - Rafiq Hüseynov - Daniel Tihomirov Aleksandrov (BUL) 4:3

Azvision.az



Teqlər: Güləş  





Xəbər lenti