Lotoreyada 1,6 milyard dollar uddu

Lotoreyada 1,6 milyard dollar uddu
  24 Oktyabr 2018    Oxunub:4486
ABŞ-da “Mega Millions” lotoreyasının cek-potunda rekord uduş - 1,6 milyard dollar qazanılıb.

Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, təhlükəsizlik məqsədilə 1,6 milyard dollarlıq cek-potun qalibinin adı anonim saxlanılır. Lakin 2 dollar verib lotoreya bileti almaqla bir andaca milyarder olan şəxsin Cənubi Korolina ştatından olduğu bildirilir.
Rekord cek-potu udan şəxsin qələbə şansı 1/302575350 olub. Onun aldığı bilet cek-pot lotoreyasının 6 uduş rəqəmi - 5, 28, 62, 65, 70 və 70 ilə tam üst-üstə düşüb.

Qeyd edək ki, bu gün başqa bir lotoreya – “Powerball”da da 600 milyon məbləğində cek-pot uduşu oynanılacaq.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: ABŞ   lotoreya  





Xəbər lenti