Trampın xüsusi müşaviri Şoyqu ilə danışıqlarda

Trampın xüsusi müşaviri Şoyqu ilə danışıqlarda
  23 Oktyabr 2018    Oxunub:2238
Rusiyada səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bu ölkənin müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.
Azvision.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Şoyqu bildirib ki, Rusiya və ABŞ hərbçiləri qaynar mövzular üzrə əlaqə saxlayırlar. Generalın fikrincə, iki ölkə arasında aktiv dialoq vacibdir.

“Bu gün dünyada birgə səylərlə həll edə biləcəyimiz çoxlu sayda problemlər mövcuddur. Bura həm nüvə üçün strateji məsələlər, həm də, şübhəsiz uzun müddət həllini tapmayan münaqişələrin nizamlanmas məsələləri daxildir”.

Öz növbəsində Con Bolton da Suriya və digər məsələlər üzrə Rusiya hərbçiləri ilə dialoqun genişləndirilməsinin vacibliyinə toxunub. Bundan başqa o, ABŞ müdafiə naziri Ceyms Mettisin Sergey Şoyqu ilə gələcəkdə görüşəcəyinə ümidvar olduğunu bildirib.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Rusiya   ABŞ  





Xəbər lenti