Jurnalistin ölümü Səudiyyə rejiminin sifarişidir – Boris Conson

Jurnalistin ölümü Səudiyyə rejiminin sifarişidir – Boris Conson
  22 Oktyabr 2018    Oxunub:3333
Böyük Britaniya səudiyyəli jurnalist Camal Kaşoqinin qətlində əli olanlara qarşı sanksiyalar tətbiq etməyə hazırlaşmalıdır.

Azvision.az xəbər verir ki, bunu Londonun sabiq meri, Böyük Britaniyanın keçmiş xarici işlər naziri, parlamentin mühafizəkar üzvü Boris Conson “The Daily Telegraph”da dərc etdirdiyi məqaləsində yazıb.
O, bildirib ki, Səudiyyə Ərəbistanını məsuliyyətə cəlb etmək məqsədilə Londonla Vaşinqton beynəlxalq birliyin səylərinə başçılıq etməlidir.

“Səudiyyəli jurnalistin vəhşicəsinə öldürülməsində əli olan və ya buna göstəriş verənlərə münasibətdə Böyük Britaniya sanksiyalar tətbiq etməyə hazırlaşmalıdır. Səudiyyə cəmiyyətindəki dəyərlərin həssaslığına hörmət üzündən ədalətin pozulmasına yol vermək olmaz”.

Conson onu da yazıb ki, Kaşoqinin ölümü ilə rusiyalı sabiq hərbi kəşfiyyatçı Sergey Skripalın Britaniyanın Solsberi şəhərində kimyəvi maddədən zəhərlənməsi eyni tip cinayətdirlər. Çünki onların hər ikisi dövlət tərəfindən sponsorlaşdırılaraq xarici ölkə ərazisindəki opponentlərinin aradan götürülməsi məqsədini güdüb. Bununla da həmçinin, rejimə qarşı çıxaraq immiqrasiya edən dissidentlər və jurnalistlərə qorxunc ictimai xəbərdarlıq ünvanlanıb.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Səudiyyə   Britaniya  





Xəbər lenti