“Böyük səkkizlik” bərpa olunmalıdır - İtaliyadan təklif

“Böyük səkkizlik” bərpa olunmalıdır - İtaliyadan təklif
  22 Oktyabr 2018    Oxunub:2659
Kəskin beynəlxalq problemlərin həlli üçün Rusiyanın da iştirakilə “Böyük səkkizliyi” (G8) bərpa etməliyik.
Azvision.az xəbər verir ki, Rusiyaya ilk səfəri öncəsi keçirdiyi mətbuat konfransında İtaliya baş naziri Cüzeppe Konte bu cür bəyanatla çıxış edib.

“Fikrimcə, danışıqlar masasında Putinin də olması üçün “Böyük səkkizlik” formatının bərpasına doğru irəliləməliyik. Buununla da, hamımızın masa arxasında olmaması səbəbindən indi böyük çətinliklə həll olunan bir sıra problemləri nəzərdən keçirə və onları həll edə bilərik. Mən hələ hökumətimizin formalaşdığı gündən deyirəm ki, Rusiya bütün beynəlxalq böhranlarda çox vacib rol oynayır. Və aydındır ki, xarici siyasət yürüdərək nəinki “öz bağına”, həmçinin beynəlxalq ssenarilərə diqqət ayırarkən Rusiya ilə dialoqa cəhd etmək lazımdır”, - İtyaliya baş naziri vurğulayıb.

Qeyd edək ki, Konti 24 oktyabrda Rusiyaya səfər edərək prezident Vladimir Putin və rusiyalı həmkarı Dmitri Medvedevlə, o cümlədən, italiyialı sahibkarlarla görüşlər keçirəcək.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Rusiyanın danışıqlar masasına geri qaytarılmasilə “Böyük səkkizliyin” yenidən bərpasını tələb etmişdi. Lakin Krımın ilhaqı səbəbindən Avropanın iri dövlətləri buna razı deyillər.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: İtaliya   Rusiya   ABŞ  





Xəbər lenti