Elmar Vəliyevin oğlu istefa verib

Elmar Vəliyevin oğlu istefa verib
  22 Oktyabr 2018    Oxunub:7021
“Kəpəz” Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin sədri Elmir Vəliyev tutduğu vəzifədən istefa verib.
Azvision.az xəbər verir ki, bu barədə klubun yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, o, bunu işlərinin çoxluğu ilə əlaqələndirib. Elmir Vəliyevin yerinə hələlik heç bir təyinat yoxdur.

Xatırladaq ki, Elmir Vəliyev 2015-ci ilin may ayından “Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətinin sədri idi. O, Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəliyevin oğludur.

Azvision.az


Teqlər: Kəpəz   Klub  





Xəbər lenti