Rusiya ilə Suriyada strateji tərəfdaşlıq qurmuşuq - Tehran

Rusiya ilə Suriyada strateji tərəfdaşlıq qurmuşuq - Tehran
  22 Oktyabr 2018    Oxunub:2873
Rusiya və İran strateji tərəfdaşlıq qurmaqla Suriya probleminin həlli üzrə sıx əməkdaşlıq edirlər.
Azvision.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Hüseyn Caberi Ənsari “Press TV”yə müsahibəsində deyib.

“Biz Rusiya ilə strateji müttəfiq deyilik. Amma Suriya da daxil olmaqla, qarşılıqlı maraqlarımıza əsaslanan bir sıra xüsusi layihələr üzrə strateji tərəfdaşlıq münasibətləri qurmuşuq. Moskva ilə Tehranın mövqelərindəki fərqliliyə baxmayaraq, ölkələrimiz bu formatda qarşılıqlı əməkdaşlığı davam etdirirlər. Rusiya böyük qonşu və qlobal güc kimi Tehran üçün xüsusi rola malikdir. İranda heç bir siyasi qüvvə Rusiyanın bizim güclü qonşumuz olması faktını nəzərə almaya bilməz” - Ənsari vurğulayıb.

Qeyd edək ki, 2015-ci ildən etibarən Rusiya və İran Suriyada hərbi-siyasi nizamlanma üzrə birgə əməkdaşlıq edərək Bəşər Əsəd hökumətinə dəstək göstərirlər. Onlar həmçinin, Türkiyə ilə birlikdə Astana formatı çərçivəsində Suriyada atəşkəsə qarant ölkələrdir. Buna baxmayaraq, ABŞ başda olmaqla Qərb ölkələri İranın Suriyadakı hərbi iştirakını dayandırmasını tələb edirlər.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: İran   Suriya   Rusiya   ABŞ  





Xəbər lenti