Türk əsgər girovları sərbəst buraxdı

Türk əsgər girovları sərbəst buraxdı
  22 Oktyabr 2018    Oxunub:2537
Türkiyənin Qaziantep şəhərində yerləşən hərbi hissədən qaçan silahlı əsgər ticarət mərkəzində girov götürdüyü şəxsləri sərbəst buraxıb.
Azvision.az NTV telekanalına istinadən xəbər verir ki, Türkiyə xüsusi xidmət orqanlarının həyata keçirdiyi yarım saatlıq əməliyyat və danışıqlar nəticəsində fərari əsgər girovları azad edərək təslim olmağa razılaşıb.

Qeyd edək ki, bu gün Qaziantepdəki hərbi hissədən özü ilə “G3” markalı tüfəngini də götürən əsgər fərarilik edib. Sonra isə şəhərdəki ticarət mərkəzinə gələrək oranın işçilərini girov götürüb. Kimliyi açıqlanmayan əsgərin bu davranışının səbəbi hələlik məlum deyil.


Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Türkiyə   Qaziantep  





Xəbər lenti