"Barsa"dan qələbə, Messinin qolu sındı - VİDEO

"Barsa"dan qələbə, Messinin qolu sındı - VİDEO
  21 Oktyabr 2018    Oxunub:7589
İspaniya La Liqasında növbəti turun oyunları keçirilib.
Azvision.az xəbər verir ki, turun mərkəzi qarşılaşması "Nou Kamp"da baş tutub. "Barselona" öz meydanında "Sevilya"nı qəbul edib.



Görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Kataloniyalıların heyətində Filip Koutinyo (2), Lionel Messi (12), Luis Suares (63), İvan Rakitiç (88), qonaqlardan isə Pablo Sarabiya (79) və Luis Muryel (90) fərqləniblər.

Qeyd edək ki, Messi "Sevilya" ilə keçirilən qarşılaşma zamanı qolundan zədə alıb və birinci hissənin ortalarında əvəzlənib. Argentinalı ulduz futbolçu stadiondan xəstəxanaya aparılıb, ona sağ qolun mil sümüyünün sınığı diaqnozu qoyulub.

Azvision.az


Teqlər: Barselona   Messi  





Xəbər lenti