"Qarabağ"a texniki məğlubiyyət veriləcək - VİDEO

"Qarabağ"a texniki məğlubiyyət veriləcək - VİDEO
  21 Oktyabr 2018    Oxunub:7565
Bu gün Topaz Premyer Liqanın 8-ci turunda “Səbail”lə qarşılaşan Ağdam təmsilçisi "Qarabağ"a texniki məğlubiyyət verilə bilər.
Azvision.az xəbər verir ki, buna səbəb son ölkə çempionunun oyun zamanı adı protokolda olmayan futbolçunu meydana buraxmasıdır. Belə ki, matçın protokolunda Abbas Hüseynovun adı göstərilməsə də, o, ikinci hissədə kapitan Rəşad Sadıqovun əvəzinə meydana çıxıb.

Qeyd edək ki, görüş "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.



Azvision.az



Teqlər: Qarabağ  





Xəbər lenti