MMA döyüşçümüzün növbəti qələbəsi - VİDEO

MMA döyüşçümüzün növbəti qələbəsi - VİDEO
  20 Oktyabr 2018    Oxunub:6635
Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb.
İdmançımız “Fight Night Global 90” çərçivəsində qüvvəsini sınayıb. 24 yaşlı təmsilçimiz Moskvadakı “MOİK Arena”da keçirilən yarışda Mixail Qoqitidze ilə üz-üzə gəlib. Yüngül çəki dərəcəsində baş tutan döyüş N.Abbasovun rusiyalı rəqibi üzərində qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu, Nərimanın karyerasında 23-cü qələbə olub. İndiyədək 27 döyüş keçirən idmançımız yalnız 4 dəfə məğlubiyyətlə üzləşib.



Azvision.az



Teqlər: MMA   Döyüş  





Xəbər lenti