“Qarabağ” - ”Vorskla” oyununa 12 min bilet satılıb

“Qarabağ” - ”Vorskla” oyununa 12 min bilet satılıb
  19 Oktyabr 2018    Oxunub:5765
Avropa Liqasında “Qarabağ” və Ukraynanın ”Vorskla” komandaları arasında keçiriləcək III tur matçına indiyədək satılan bilet sayı açıqlanıb.
Azvision.az xəbər verir ki, Ağdam klubunun rəsmi "Facebook" səhifəsində yerləşdirilmiş məlumata əsasən, artıq 12 mindən çox bilet sahibini tapıb.

Oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu 70 minədək tamaşaçı tutumuna malikdir. Biletlərin qiymətləri 2, 4, 8 10 və 50 (VİP) manatdır. Onları Qarabağ FK Fan-şop ("Park Bulvar"), iTicket kassaları, "ASAN Xidmət mərkəzləri (1,2,3,4, Sumqayıt ), "28 Mall", "Gənclik Mall" və İticket.az saytından almaq mümkündür .

Qeyd edək ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - ”Vorskla” oyunu saat 20:55-də başlayacaq.

Azvision.az



Teqlər: QarabağFK   Avroliqa  





Xəbər lenti