Gəncədə ağır yol qəzası: 2 nəfər ölüb

Gəncədə ağır yol qəzası: 2 nəfər ölüb
  28 Oktyabr 2013    Oxunub:1308
Hər iki avtomobilin sürücüsü aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə Regional Mərkəzindən daxil olan məlumata əsasən, Gəncə şəhərində "FORD" markalı mikroavtobus ilə "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər iki avtomobilin sürücüsü aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər. Xilasedicilər deformasiya uğramış avtomobilərdən sıxılmış vəziyyətdə qalmış meyitləri təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 03:00-da başa çatıb.


Teqlər:  





Xəbər lenti