Tərtərdə “ZİL” dərəyə düşdü, sürücü hadisə yerində öldü

Tərtərdə “ZİL” dərəyə düşdü, sürücü hadisə yerində öldü
  28 Oktyabr 2013    Oxunub:1269
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Tərtər rayonunda "ZİL" markalı yük avtomobili idarəetməni itiriərək dərəyə düşüb.
AzVision.az xəbər verir ki, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yük avtomobilinin sürücüsü 1962-ci il təvəllüdlü Xurşudov Neymət Heydər oğlu hadisə yerində vəfat edib.
Xilasedicilər deformasiya uğramış avtomobilindən meyiti təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər.


Teqlər:





Xəbər lenti