Şəhid torpağa tapşırıldı

Şəhid torpağa tapşırıldı
  27 Oktyabr 2013    Oxunub:1352
Erməni snayperinə tuş gələn gizir torpağa tapşırıldı. Şəhidin atası Əmirsultan Abdullayev: "Mənim oğlum vətən uğrunda şəhid olub”.
Ötən gün Azərbaycan Ordusunun şəhid olan giziri Aydın Əmirsultan oğlu Abdullayev bu gün torpağa tapşırılıb. Şəhidin atası Əmirsultan Abdullaev oğlunun vətən uğrunda şəhid olması ilə fəxr etdiyini deyib. "Allah digər şəhidlərə rəhmət etsin. Peşman deyiləm. Mənim oğlum vətən uğrunda şəhid olub”.

Şəhidin xalası Tamila Abbasovada Aydın kimi qəhrəman övladların daima vətənin keçiyində olduğunu deyib. "Aydın tək deyil, Aydın kimi milyonlarla Azərbaycan gənci var”.

Xatırladaq ki, 1990-cı il təvəllüdlü A.Abdullayev ötən gün axşam saatlarında cəbhənin Tərtər rayonu istiqamətində düşmən gülləsinə tuş gəlib. Gizir qarşı tərəfin snayperinə tuş gələrək həlak olub.


Teqlər:  





Xəbər lenti