Yol polisi sürücülərə müraciət edib

Yol polisi sürücülərə müraciət edib
  27 Oktyabr 2013    Oxunub:1189
Bakı yol polisi qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.
AzVision.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, yağışlı hava şəraiti paytaxt yollarında lokal gölməçələr yaratsa da hələlik ciddi tıxac yaratmayıb.

Bakı yol polisi bəyan edir ki, sürücülər nəzərə almalıdırlar ki, xüsusilə yağış yeni düşən ərazilərdə yol daha sürüşkən olur. Ona görə də sürücülər sürət həddini meteoroloji və yoldakı şəraitə uyğun seçməlidirlər.

Yol polisi sürücülər avtomobili yüksək sürətlə idarə etməməyi, şüşəsiləni işlək olmayan avtomobillərlə yol hərəkətində iştirak etməməyi, ətrafdakıları yağış suları ilə islatmamağı tövsiyə edir.

Qeyd edək ki, oktyabrın 27-nə keçən gecədən başlayaraq Bakıda intensiv yağış yağır.


Teqlər:





Xəbər lenti