Atəşkəs pozuldu

Atəşkəs pozuldu
  27 Oktyabr 2013    Oxunub:1241
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Ermənistan ordusunun bölmələri oktyabrın 26-da və 27-də Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Tərtər rayonunun Qızıloba, Füzuli rayonunun Aşağı Veysəlli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.


Teqlər:





Xəbər lenti