Göyçayda ev yandı

Göyçayda ev yandı
  27 Oktyabr 2013    Oxunub:1197
Göyçayda ikimərtəbəli ev yanıb.
AzVision.az APA- ya istinadən xəbər verir ki, Göyçayda yaşayış evi yanıb. Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, hadisə bu gün saat 15:00 radələrində Göyçayın Qəbələ Müskürlü kəndində baş verib. Kənd sakini, 1940-cı il təvəllüdlü Həsrətova Pəri İslam qızına məxsus ikimərtəbəli yaşayış evində baş verən yanğının söndürülməsi üçün hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Yanğın zamanı ümumi sahəsi 340 kvadratmetr olan evin 170 kvadratmertlik hissəsi içindəki əşyalarla birgə yanaraq yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.


Yanğının hansı səbəbdən baş verdiyi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti