Millimiz Farer adalarına qarşı

Millimiz Farer adalarına qarşı
  11 Oktyabr 2018    Oxunub:6812
Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turunun oyunlarına start veriləcək.
AzVision.az-ın məlumatına görə, D liqasının 3-cü qrupunda yer alan millimiz növbəti görüşünü keçirəcək. Yığmamız səfərdə Farer adaları ilə qarşılaşacaq. Komandamız qrupda keçirdiyi ilk 2 oyunda heç-heçə edib.

Qeyd edək ki, Torşavn şəhərindəki “Torsvullur” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə 22:45-də başlayacaq. Oyunu Rusiyadan olan hakimlər briqadası idarə edəcək. Qrupun digər matçında isə Kosovo Maltanı qəbul edəcək.

AzVision.az


Teqlər: Yığma   Futbol  





Xəbər lenti