“Danışmaqdansa, daha çox iş görməliyik” - Qurban Qurbanov

  10 Oktyabr 2018    Oxunub : 6186
“Danışmaqdansa, daha çox iş görməliyik” - Qurban Qurbanov
"Bu gün danışmaqdansa, sabah meydanda daha çox iş görməliyik"
AzVision.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov Farer adaları ilə səfərdə keçiriləcək oyundan əvvəl mətbuat konfransında deyib.

Baş məşqçi rəqibi tanıdıqlarını bildirib: "Biz isə sabahkı şansımızdan istifadə etməyə yaxşı hazırlaşmışıq. Hava şəraitinin bizə problem yaradacağını düşünmürəm. Çünki vəziyyət hər iki komanda üçün eynidir. Meydanla tanış oldum, hiss olunur ki, standartlardan bir qədər fərqlənir. Hərçənd, meydannın ölçüsü və süni örtüklü olması bizə bir qədər problem yaradacaq. Ancaq biz diqqətimizi rəqibə yönəltməliyik. İnanıram ki, uşaqlar sabah bacardıqlarını ortaya qoyacaqlar. Bu toplanışda az məşq etmişik. Hal-hazırda heç bir problem və futbolçu çatışmazlığı haqda düşünmürəm. Komandamın tam hazır olduğunu və möhkəm kollektiv kimi meydana çıxacağına inanıram. Ən yaxşı futbolumuzu oynamalıyıq”.

Qeyd edək ki, Azərbaycan yığması UEFA Millətlər Liqası turniri çərçivəsində oktyabrın 11-də səfərdə Farer adaları ilə qarşılaşacaq.

AzVision.az

Teqlər: Futbol   Milli   Qurban-Qurbanov