Olimpiadada daha bir medal qazandıq

Olimpiadada daha bir medal qazandıq
  10 Oktyabr 2018    Oxunub:6969
Azərbaycan millisi Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ikinci medalını qazanıb.
AzVision.az xəbər verir ki, olimpiadanın taekvondo yarışlarında mübarizə aparan Cavad Ağayev (63 kq) bürünc medal əldə edib.

İdmançımız ilk görüşündə cənubi sudanlı Stefan Atemə, 1/4 finalda iranlı Hamed Əsgəri Mahiabadinə qalib gələrək yarımfinala adlayıb. Bu mərhələdə Cənubi Koreyadan olan idmançı Ço Vun Huya uduzan C.Ağayev bürünc medalla kifayətlənib.

Qeyd edək ki, daha əvvəl cüdoçu Vüqar Talıbov 66 kq çəki dərəcəsində Olimpiya çempionu olub. Hazırda Azərbaycan 1 qızıl və 1 bürünc medalla ölkələrin sıralamasında 20-ci yerdədir.

AzVision.az


Teqlər:





Xəbər lenti