Mançesterdə Azərbaycan rəqsləri - VİDEO

Mançesterdə Azərbaycan rəqsləri - VİDEO
  26 Oktyabr 2013    Oxunub:1588
Özbək rəqqasə Sanat Mahmudova ilk rəqsini iki yaşında ifa edib.

Onun rəqsə olan marağı da elə o vaxtdan başlayıb. Özbəkistanda rəqs akademiyasında keçirdiyi illər özbək və beynəlxalq folklor təcrübəsinə çevrilib.

Bu qədər ciddi hazırlığa görə, Sanat rəqqasə və sənətçi kimi irəliləyişlər edə bilib. 2002-ci ildə bacarıqlarını inkişaf etdirmək üçün Britaniyaya, Manchester şəhərindəki Salford Universitetinə gəlib və Fiziki teatr və Rəqs üzrə bakalavr alıb.

Sanat ailəsi ilə hazırda Manchesterdə yaşayır. Onun 20 ildən artıq təcrübəsi var və həm tək, həm də qrupla birlikdə Avropa və Asiyada çıxış edib.

O,Yaxın Şərq, Fars, Orta Asiya və Şərqdən olan müxtəlif rəqslər üzrə ekspertdir. O, həm də Azərbaycan rəsqlərini ifa edir və öyrədir.

BBC Özbək xidmətinin əməkdaşı Diloram İbrahimova Sanat xanımla danışmaq üçün Manchesterə gedib və onun Azərbaycan rəqslərini nümayiş etdirməsinin şahidi olub.



















AzVision.az


Teqlər:  





Xəbər lenti