Güləşçimiz dünya çempionu oldu

Güləşçimiz dünya çempionu oldu
  09 Oktyabr 2018    Oxunub:7100
Makedoniyanın paytaxtı Skopyedə sərbəst, Rusiyanın Perm şəhərində isə yunan-Roma güləşi üzrə veteranlar arasında dünya çempionatı keçirilib.
Azərbaycan Güləş Federasiyasından AzVision.az-a verilən məlumata görə, sərbəst güləşçilərin yarışında “B” qrupunda Mayis İbadov (70 kq) gümüş medal qazanıb.

Yunan-Roma güləşi üzrə mübarizədə isə Musa Mirzəyev (130 kq) “A” qrupunda dünya çempionu olub, Rövşən İsmayılxanlı (130 kq) “D” qrupunda ikinci yeri tutub.

AzVision.az


Teqlər: Güləş   Dünya-Çempionu  





Xəbər lenti