Həbib-Konor döyüşündən sonra kütləvi dava - VİDEO

Həbib-Konor döyüşündən sonra kütləvi dava - VİDEO
  07 Oktyabr 2018    Oxunub:10505
Rusiyalı idmançı Həbib Nurməhəmmədovla irlandiyalı Konor Makqreqor arasında döyüşdən sonra zalda kütləvi dava olub.
AzVision.az xəbər verir ki, irlandiyalı idmançının tərəfdarlarından birinin zaldan Nurməhəmmədova söz atmasından sonra rusiyalı samboçu rinqi tərk edərək azarkeşlə əlbəyaxa olub.

Eyni zamanda, rinqdə Nurməhəmmədovun mühafizəçilərindən biri ilə Makqreqor arasında dava baş verib. Bütün bunlardan sonra irlandiyalı döyüşçü soyunub-geyinmə otağına aparılıb.

Sonda qalib Həbib Nurməhəmmədov elan olunsa da, ona çempion kəməri təqdim edilməyib.



AzVision.az


Teqlər: Həbib   Konor   Dava   Döyüş  





Xəbər lenti