Makqreqor və Nurməhəmmədovun qonorarı açıqlandı

  06 Oktyabr 2018    Oxunub : 12740
Makqreqor və Nurməhəmmədovun qonorarı açıqlandı
Yüngül çəkidə UFC çempion kəmərinə sahib Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqora qarşı döyüşü üçün 2 milyon dollar qonorar alacaq.
TASS-ın məlumatına görə, həmin qonorar döyüşçülərin rinqə çıxmasına görə verilən zəmanətli məbləğdir. Sponsorlardan və ödənişli yayımlardan əldə edilən vəsait bura daxil deyil. Beləliklə, 30 yaşlı rusiyalının irlandiyalı ilə döyüşünə görə alacağı ümumi məbləğ xeyli artırıla bilər.

Konor Makqreqorla döyüşə görə Nurməhəmmədova veriləcək qonorar onun UFC-də çıxışı ərzində alacağı rekord məbləğ olacaq. Buna qədər isə rusiyalı idmançı təşkilat çərçivəsində ən çox 530 min dollar qonorar alıb.

Makqreqorun isə rusiyalı ilə döyüşə görə alacağı qonorarın məbləği 3 milyon dollar təşkil edir.

Qeyd edək ki, Nurməhəmmədov Makqreqorla oktyabrın 7-nə keçən gecə Las-Veqas şəhərində rinqə çıxacaq. Bu qarşılaşma UFC turnirinin əsas hadisəsi olacaq.

AzVision.az

Teqlər: UFC