Erməni milyonçu Paşinyana qarşı ittifaq yaradır

Erməni milyonçu Paşinyana qarşı ittifaq yaradır
  06 Oktyabr 2018    Oxunub:3656
“Çiçəklənən Ermənistan” partiyasının lideri, erməni oliqarx və milyonçu, Serj Sarkisyanın istefasından sonra baş nazir olmaq barədə Moskvanın təklifindəm imtina edən Qaqik Çarukyan növbədənkənar seçkilərdə geniş tərkibli blokla iştirak üçün parlamentdənkənar siyasi qüvvələrlə intensiv danışıqlar aparacaq.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın nüfuzlu “Jamanak” qəzeti yazıb. Qeyd olunur ki, Qaqik Çarukyan mümkün müttəfiqləri sırasında “İrs” partiyası, Ermənistan Ümummilli Konqresi, Andrias Qukasyan, Samvel Babayan, keçmiş müdafiə naziri Seyran Ohanyan, “Ermənistan milli konqresi” və digər kiçik partiya və vətəndaş hərəkatları daxildir.

Həmçinin, Qaqik Çarukyan Ermənistanda Serj Sarkisyan hakimiyyətinə qarşı silahlı qiyam qaldırmış “Sasna Tsrer” qruplaşmasına da əməkdaşlıq təklif etmək qərarına gəlib. Çünki məhz “Çarukyan bloku” və şəxsən Qaqik Çarukyanın verdiyi zəmanət nəticəsində həmin qruplaşmanın bir çox üzvləri həbsdən azad olunub.

“Jamanak” onu da yazır ki, Çarukyan Robert Koçaryanın bir nömrəli biznes ortağı olmasına baxmayaraq, siyasi meydanda da onunla birləşəcəyi hələ bilinmir. Lakin istənilən halda, hakimiyyətə gələrkən baş nazir Nikol Paşinyana dəstək verən “Çiçəklənən Ermənistan”ın indi ona qarşı olduğu artıq faktdır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Moskva  





Xəbər lenti