"Neftçi" 2 qolla liderliyini qorudu

"Neftçi" 2 qolla liderliyini qorudu
  06 Oktyabr 2018    Oxunub:6957
Topaz Premyer Liqasında VII turun son oyununda "Neftçi" debütant "Sabah" klubunu qəbul edib.
AzVision.az xəbər verir ki, qarşılaşma "Bakcell Arena"da keçirilib.

Görüşdə Emil Mahmudov və Qoran Paratskinin vurduğu qollarla "Neftçi" 2:0 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, bu qələbədən sonra "Neftçi" xallarının sayını 19-a çatdıraraq turnir cədvəlində liderliyini qoruyub. Son çempion “Qarabağ” isə 16 xalla ikinci pillədə yer alıb.

AzVision.az


Teqlər: Neftçi  





Xəbər lenti