"Qarabağ" yaxşı oyun nümayiş etdirdi - Unay Emeri

"Qarabağ" yaxşı oyun nümayiş etdirdi - Unay Emeri
  05 Oktyabr 2018    Oxunub:5858
“Səfərdə güclü rəqibə qarşı oynayırdıq. Birinci hissədə kifayət qədər çətinlik çəkdik. Meydan sahibləri yaxşı oyun nümayiş etdirdi, bizə çətinlik yaratdılar”.
AzVision.az xəbər verir ki, bunu “Arsenal” klubunun baş məşqçisi Unay Emeri UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Qarabağ” ilə oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

“Qarabağ”ın fərqli oyunlarını təhlil etmişdik. Əsasən də “Şerif” və “Sportinq”lə görüşlərinə baxmışdıq. Bu komanda ötən mövsüm Çempionlar Liqasında “Atletiko Madrid” kimi komanda ilə iki oyun heç-heçə edib. Biz də öz növbəmizdə rəqibin üstün cəhətlərini göstərməsinə imkan verməməyə çalışdıq”, – deyə ispaniyalı mütəxəssis bildirib.

Qeyd edək ki, "Qarabağ"- "Arsenal" oyunu qonaqların 0:3 hesablı qələbəsilə başa çatıb.

AzVision.az


Teqlər: Arsenal   Məşqçi  





Xəbər lenti