"Qalatasaray" səfərdə "Portu"ya uduzdu

"Qalatasaray" səfərdə "Portu"ya uduzdu
  04 Oktyabr 2018    Oxunub:5981
Çempionlar Liqasının qrup mərhələsində 2-ci turun son oyunları keçirilib.
AzVision.az xəbər verir ki, günün maraqla gözlənilən oyunu Türkiyə çempionu "Qalatasaray"la "Portu" arasında baş tutub.

Səfər matçına çıxan "Qalatasaray" ilk hissədə bir neçə qol şansı qazansa da, bundan yararlana bilməyib. Əksinə, ikinci hissədə qapısından qol buraxıb.

Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Qalatasaray" ilk turda "Lokomotiv" üzərində böyükhesablı qələbə qazanmışdı.

AzVision.az


Teqlər: Qalatasaray   UCL   Portu  





Xəbər lenti