AŞPA-dan Paşinyana seçki xəbərdarlığı

AŞPA-dan Paşinyana seçki xəbərdarlığı
  03 Oktyabr 2018    Oxunub:2734
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Ermənistandakı siyasi qüvvələri demokratiya və qanunun aliliyi prinsiplərinə tam şəkildə hörmət etməyə, növbədənkənar parlament seçkilərinə hazırlaşarkən tələskənliyə yol verməməyə çağırıb.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə AŞPA-nın monitorinq qrupunun Ermənistan üzrə həmməruzəçisi Yuliya Levoçkina bildirib.

“Biz Ermənistanda növbədənkənar seçkilərin keçirilməsinə dair çağırışları başa düşürük, amma bu seçkilərin keçirilməsi zamanı Ermənistan hökumətini və bütün siyasi qüvvələri Avropa norma və standartlarına tam şəkildə riayət təmin etməyə çağırırıq. Seçkilərə hazırlıq üçün Ermənistandakı bütün siyasi qüvvələrin kifayət qədər vaxta malik olması vacibdir”, – deyə Levoçkina vurğulayıb.

AŞPA nümayəndəsi onu da bildirib ki, Ermənistanda Seçki Məcəlləsinə istənilən dəyişiklik Venesiya komissiyasının təlimatlarına tamamilə uyğun gəlməlidir. Bu səbəbdən də, AŞPA Ermənistanda növbədənkənar seçkilər və mümkün konstitusiya islahatlarının həyata keçirilməsi üçün tələsməməyi məsləhət görüb.

Erməni KİV-ləri AŞPA-nın bu bəyanatını Ermənistan baş naziri Nikol Paşinyana xəbərdarlıq kimi qiymətləndirib.

Leyla Elbrusqızı
AzVision.az




Teqlər: Ermənistan   AŞPA  





Xəbər lenti